Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine). Forması: Kapsul Miqdarı: №30 (10x3) blisterdə İstifadə dozası: • Böyüklər: gündə 1 dəfə, 1 kapsul. İstifadə qaydası: Yeməkdən bir saat sonra içmək tövsiyə olunur. Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq. Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz. İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə. Fizioloji təsirləri:
•Qızılçubuq qızılsəbət - antibakterial, urogenital patologiyalarda iltihab əleyhinə;
•Ayıqulağı - sidikqovucu, yara sağaldıcı;
•Qarğıdalı saçağı - böyrək və sidikçıxarıcı yollarının yaxşılaşdırılmasında;
•Qıvrım cəfəri - metobolizmin, su-duz balansının normallaşdırılmasında;
•Tarla qatırquyruğu - sidikqovucu, su-duz balansının normallaşdırılmasında;
•Böyrək çayı yarpağı - uroseptik, spazmolitik;
•Kiçik qızılçətir - ifrazat sisteminin işinin normallaşdırılmasında;
•Dərman levistiki - orqanizmdən toksinlərin xaric edilməsində;
•Natrium sitrat - böyrəklərdə daş əmələ gəlməsinin qarşısının alınmasında;
•Kalium sitrat - tez-tez sidiyə getmənin qarşısının alınmasında mühüm təsir göstərir.
Üstünlükləri:
Tərkibi kimyəvi deyil, tam təbii tərkibli komponentlərin kombinasiyasından təşkil olunub.
Uronit preparatı urat və oksalat turşularını parçalayıb həll edərək böyrəkdən təmizləyir.
Prostat vəzinin xroniki iltihabı, plevrit, pielonefrit və s. xəstəliklərində də göstəriş sayıla bilər.