Tərkibi: Hər 5 ml şərbətin tərkibini təşkil edir:
- L-Tirozin L-Tyrosine - 220 mq
- A Vitamini (Retinol asetat) Vitamin A (Retinol acetate) - 1 mq
- E Vitamini (D-alfa-tokoferol) Vitamin E (as D-alpha-tocopherol) - 30 mq
- BI Vitamini (Tiamin hidroxlorid) Vitamin B1 (as Thiamine hydrochloride) - 2 mq
- B2 Vitamini (Riboflavin) Vitamin B2 (as Riboflavin) - 2 mq
- B3 Vitamini (Niasinamid) Vitamin B3 (as Niacinamide) - 10 mq
- B6 Vitamini (Piridoksin hidroxlorid) Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mq
- Fol turşusu (Folic acid) - 0.3 mq
- Sink (Sink oksid şəklində) Zinc (as Zinc oxide) - 10 mq
- Mis (Mis qlükonat şəklində) Copper (as Copper gluconate) - 1 mq
- Manqan (Manqan sitrat şəklində) Manganese (as Manganese citrate) - 2.5 mq
- Kobalt (Kobalt asparaginat şəklində) Cobalt (as Cobalt asparaginate) - 15 mkq
- Yod (Kalium yodid formasında) İodine (as Potassium iodide) - 100 mkq
- Selen (Natrium selenat şəklində) Selenium (as Sodium selenite) - 100 mkq
Köməkçi maddələr: Limon turşusu (Citric acid), Kalium sorbat (Potassium sorbate), Qlükoza-fruktoza (Glucose-fructose), Ksantan kitrəsi (Xanthan gum), Təmizlənmiş su (Purified water).
Forması: Şərbət
Miqdarı: 150 ml
İstifadə dozası: • 4-14 yaş arası uşaqlar: gündə 1 dəfə, hər dəfə 5 ml (1 çay qaşığı).
• 14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 2 dəfə, hər dəfə 5 ml (1 çay qaşığı).
İstifadə qaydası: Yeməkdən sonra daxilə qəbul etmək tövsiyə olunur. İstifadə etməzdən əvvəl flakonu çalxalayın.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ.
Fizioloji təsirləri:
L-Tirozin - bədəndə zülalların, tiroid hormonlarının meydana gəlməsində iştirak edən bir amin turşusudur . Dopamin və serotonin səviyyələrini tənzimləməyə kömək edir.
Vitamin A - immun sistemini normallaşdırır, saçın, dırnağın və dərinin möhkəmliyini təmin edir.
Vitamin E - hüceyrələrin oksidləşmə faktoruna məruz qalmasının qarşısını alır, hüceyrə zədələnməsinin qarşısını alır, dərinin qocalmasının qarşısını alır.
Vitamin B1 - sinir sisteminin fəaliyyətini normallaşdırır, qocalma prosesini yavaşıdır.
Vitamin B2 - sinir sistemi və görmə sisteminin fəaliyyətlərini yaxşılaşdırır
Vitamin B3 - sinir impulslarının keçirilməsində rol oynayır,
Vitamin B6 - metabolizmdə aktiv iştirak edir, qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır, sinir sisteminə təsir edir.
Fol turşusu - qan hüceyrələrinin sintezini normallaşdırır, immun sistemini və sinir sistemini gücləndirir.
Sink - orqanizmdə turşu-qələvi balansını normallaşdırır, makroelementlərin metabolizmini gücləndirir, DNT sintezini stimullaşdırır, yağ turşularının metabolizmində iştirak edir.
Mis - immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə dəmirin daşınmasında rol oynayır, dərinin normal piqmentasiyasını təmin edir.
Manqan - sümüklərin normal inkişafında rol oynayır, hüceyrələrin oksidləşmə faktoruna məruz qalmasının qarşısını alır.
Yod - metabolik prosesləri normallaşdırır.
Selen - immun sisteminə müsbət təsir göstərir, saç və dırnaq hüceyrələrinin sintezini stimullaşdırır, qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır.
Kobalt - B12 vitaminin bir hissəsidir, qırmızı qan hüceyrələrinin (eritropoez) istehsalı üçün vacibdir. Həm də sinir sistemini qoruyur .
Üstünlükləri:
- Sinir sisteminin fəaliyyətini normallaşdırır.
- İmmun sistemini normallaşdırır, saçın, dırnağın və dərinin möhkəmliyini təmin edir.
- Qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır, sinir sisteminə müsbət təsir edir.
- Teravit preparatı zəngin vitamin tərkibi hesabına rəqiblərindən fərqli olaraq enerji istehsalında iştirak edir.
- Sağlam dəri, göz və sinir funksiyasını dəstəkləyir.
- Amin turşularının mübadiləsində iştirak edir.
- Neyrotransmitter sintezini dəstəkləyir.
- İmmunitet funksiyasını gücləndirir.
- Tərkibindəki L-triozin koqnitiv funksiyanı, stress reaksiyasını və əhvalın tənzimlənməsini dəstəkləyir.
- Teraviti həmçinin imtahana hazırlaşan şagirdlər və tələbələr yaddaş və diqqət pozğunluqları zamanı da istifadə edə bilərlər.
İstifadəsinə tövsiyə olunan hallar:
- diqqət dağınıqlığı
- unutqanlıq
- fikrin cəmləşə bilməməsi.