Tərkibi: Hər 1 tabletin tərkibində:
- Diosmin (Diosmin) – 450 mq
- Hesperidin (Hesperidine) - 300 mq
- Adi atşabalıdı toxumunun quru ekstraktı (Aesculus hippocastanum seed dry extract) – 250 mq
- Vitamin C (as L-ascorbic acid) – 50 mq
Köməkçi maddələr: Ərəb kitrəsi (Gum arabic), Mikrokristallik sellüloza (Microcrystalline cellulose).
Forması: Tablet
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası: • 18 yaşdan yuxarı böyüklər: gündə 1 dəfə, 1 tablet.
İstifadə qaydası: Yeməkdən sonra bol suyla qəbul etmək tövsiyə edilir.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
Diosmin — bioflavonoidlər sinifinə aid olan təbii birləşmədir, antioksidant, iltihabəleyhinə və mikrosirkulyasiyanı qoruyan təsirləri sayəsində bir sıra faydalı fəaliyyət göstərən bitki maddələridir. Diosmin şişkinliyi azaltmaqla və damarın fəaliyyətini normallşdırmaqla antioksidant təsir göstərir.
Hesperidin — flavanon alt sinfinə daxil olan flavonid, sitrus meyvələrindən əldə edilir və antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Adi atşabalıdı toxumunun quru ekstraktı — antiinflamatuar, antiangiogenik, antioksidant, antibakterial və hipqlikemik təsirə malikdir. Damarlarda qan laxtalanmasının əmələ gəlməsinin qarşısının alınmasında, yuxarı tənəffüs yollarının, burun-boğazın selikli qişasının, tənginəfəslik kimi halların qarşısının alınmasında istifadə edilir. At şabalıdı toxumunun quru ekstraktı ayaqlarda qan axınını yaxşılaşdırılmasında, ayaq şişkinliyi və ağrıları azaltmağa təsir göstərir.
Vitamin C — sümüklərdə qan damarları, qığırdaqları meydana gətirmək üçün bədənimizin ehtiyac duyduğu bir qidadır. C vitamini bədənimizin sağalma prosesini gücləndirir, orqanizmdə dəmirin mənimsənilməsinə və saxlanmasına kömək edir.
Üstünlükləri:
- Tərkibində olan əsas təsiredici maddələrin miqdarı zəngindir.
- Venaların tonusunu artırır, venoz durğunluğu və venoz stazın həcmini azaldır.
- Kapilyarların rezistentliyini artırır, onların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
- Tərkibindəki diosmin unikal texnologiya – mikronlaşma əsasında emal olunmuşdur, bu səbəbdən də, tərkibinə mikronizə olunmamış diosmin daxil olan bənzər preparatlarla müqayisədə tam və sürətli absorbsiya olunur, tez təsir göstərir.
- Əməliyyatdan sonrakı dövrdə ortostatik hipertenziya zamanı damar müqavimətini artırır, sistolik və diastolik təzyiqi yaxşılaşdırır. Limfatik drenajı yaxşılaşdırır, venoz və limfa ödəmlərinin həcmini azaldır.
- Aşağı ətraf venalarının funksional və üzvi mənşəli varikoz genişlənməsi (ayaqlarda ağırlıq hissi,ağrı,qıcolmalar,ödem,trofik pozğunluqlar) zamanı effektiv təsir edir.
- Aşağı ətrafların xroniki limfa venoz çatışmazlığını aradan qaldırır.
- Hesperidin hesabına ödem əleyhinə, venotonik və angioprotektiv təsirlərə malikdir.
İstifadəsinə tövsiyə olunan hallar:
- Aşağı ətraf damarlarının xroniki venoz yetməzliyi;
- hemorroit (babasil);
- kapilyarların keçiriciliyinin pozulmasında;
- ödemlərdə;
- tronbozlar zamanı.