Köməkçi maddələr: Bərk yağ, bir gigiyena vasitəsini almaq üçün lazimi miqdarda. Tərkibində hormon və paraben təşkil etmir. Forması: Şam Miqdarı: №10 blisterdə İstifadə dozası: • Gündə 1 dəfə, 1 vaginal şamı. İstifadədən əvvəl həkim məsləhəti tövsiyə edilir. Tövsiyə edilən istifadə müddəti: 5–10 gün, zərurət yarandıqda kursu təkrar etmək olar. İstifadə qaydası: Rektal və ya vaginal istifadə edilir. Əks göstərişlər: Vasitənin hər hansı komponentinə qarşı fərdi həssaslıq. Əlavə təsirləri: İstifadə zamanı uşaqlıq yolunun selikli qişasının qıcıqlanması, və ya içlik vərəqəsində göstərilməyən hər hansı əlavə təsir qeydə alındığı zaman istifadəni dayandıraraq həkimə müraciət edin. Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz. İstehsalçı: Xarkov, 61085, Ukrayna
Fizioloji təsirləri:
Evkalipt ağacını “meşələrin almazı” və “həyat ağacı” adlandırırlar və qədim zamanlardan bəri ondan yaraların və yoluxucu xəstəliklərin müalicəsində istifadə edirlər.
Qatı xlorofillipt ekstraktının tərkibində evkalipt ağacı yarpaqlarının efir yağı, A və B xlorofilləri vardır. Evkaliptin efir yağının tərkibində 60–80%-ə yaxın sineol (evkaliptol) vardır və məhz sineolun olması onun müalicəvi effektini müəyyən edir. Stafilokokka məhvedici təsir göstərən xlorofillipt antimikrob, antiseptik, bakterisid və soyuqdəymə əleyhinə təsirə malikdir, o cümlədən penisillinə davamlıdır. Bitkilərin yaşıl piqmenti olan xlorofill toxumaların, bərpa olunmasına kömək edir, hüceyrə membranlarını möhkəmləndirir, bakteriyaların və göbələklərin artmasının qarşısını alır, birləşdirici toxumaların yenilənməsinə və formalaşmasına yardım edir, bu isə eroziyaların, xoraların və açıq yaraların sağalmasına kömək edir.
Üstünlükləri:
XLOROFİLLİPTLİ FİTOŞAMLAR soyuqdəymə əleyhinə və antiseptik təsirin artmasına kömək edən yardımçı vasitə kimi rektal və vaginal yolla istifadə oluna bilər. Ginekologiyada fitoşam cinsi orqanların xəstəliklərində, kolpit, endoservisit, uşaqlığın boynunun eroziyası, endometrit, adneksit, irinli yaralar, uşaqlıq yolunun parçalanması zamanı; proktologiyada babasil, sfinkterit, düz bağırsağın eroziyası, proktit, anus çatlaqları zamanı istifadə oluna bilər.
Xlorofillipt antibiotiklərə qarşı bakterial infeksiyanın müxtəlif çəmləndiricilərinin davamlılıq plazmidlərinə (amillinorinə) məhvedici təsir göstərmək qabiliyyətinə malikdir, o, toxumalarda oksigenin tərkibini artırır, açıq detoksikasiya təsiri göstərir, buna görə də xlorofillipt həm də orqanizmin müdafiəsinin aşağı olduğu zaman toxumaların hipoksiyası ilə mübarizə vasitəsi kimi və tətbiq olunan antibakterial preparatların effektivliyinin artırılması üçün istifadə edilir.
Dərman vasitəsi deyil. Tibbi vasitədir.
İstifadəsinə tövsiyə olunan hallar:
Qadın cinsiyyət orqanında baş verə bilən göynəmə;
qaşınma;
ağrı hissiyyatı ilə müşahidə olunan müxtəlif etiologiyalı;