Tərkibi: Hər 5 ml şərbətin tərkibində vardır:
- Sitixolin (Citicoline) - 100 mq
- Ginkgo Biloba yarpağının quru ekstraktı (Ginkgo Biloba leaf dry extract) – 40 mq
- Sitidin 5 monofosfat (Cytidine-5-monophosphate) – 30 mq
- Uridin 5 monofosfat (Uridine-5- monophosphate) – 30 mq
- Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mq
Köməkçi maddələr: Natrium benzoate (Sodium benzoate), Kalium sorbat (Potassium sorbate), Ksantan kitrəsi (Xanthan gum), Limon turşusu (Citric acid), Sorbitol (Sorbitol), Təmizlənmiş su (Purified water).
Forması: Şərbət
Miqdarı: 150 ml şüşə flakonda
İstifadə dozası: • Böyüklər: gündə 2 dəfə, 5 ml.
İstifadə qaydası: Səhər və axşam olmaqla, istifadə etmək tövsiyə olunur
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
Sitixolin — beyin hüceyrələrini yeniləyir, diqqət dağınıqlığının qarşısını alır, qan dövranını sürətləndirir, asetilxolinin əmələ gəlməsini tənzimləyir. Sitixolinin ən başlıca funksiyasından biri də beynin sağlam fəaliyyət göstərməsində vacib olan fosfolipidlərin əmələ gəlməsini artırmaqdır. Sitixolin Parkinson xəstələrində dopamin sintezini artırmaqla və dopaminin geri sorulmasını inhibidə edir.
Ginkgo Biloba yarpağının quru ekstraktı — qan axımını sürətləndirir; beyin qan dövranının fəaliyyətini normallaşdırır; arterial, venoz və ən əsası kapilyar dövranı yaxşılaşdırır; qan damarlarının divarlarını gücləndirir və kapilyar kövrəkliyin qarşısını alır; qan axınını normallaşdıraraq, orqan və toxumaları zədələnmədən qoruyur. Məhz buna görə də gingko biloba ekstraktı infarkt və insultların qarşısının alınmasında və onların nəticələrinin aradan qaldırılmasında təsir göstərir.
Sitidin 5 monofosfat və Uridin 5 monofosfat — orqanizmdə asetilxolinin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini həyata keçirir. Bunun nəticəsində sinir keçiriciliyi iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Üzvi serebravaskulyar çatışmazlıqda, beyin qan dövranı pozğunluğunda, müxtəlif mənşəli neyropatiyalarda effekt göstərir.
Vitamin B6 — 140-dan çox ferment reaksiyasında koenzim rolunu oynayan qidalardan alınan suda həll olunan vitamindir. Beyin və sinir sisteminin düzgün işləməsində mühüm rol oynayır; hemoqlobinin istehsalına kömək edir; serotonin və melatonin istehsalına kömək edir; anemiyanın qarşısını alır; hamiləlik zamanı ürək bulanmalarda təsir göstərir; psixi sağlamlıq üçün faydalıdır; predmenstrual sindromun müalicəsində mühüm təsirə malikdir.
İstifadəsinə tövsiyə olunan hallar:
- Emosional və psixi gərginliyin artması fonunda şikayətlər;
- ürək və qan damar sistemində problemlər;
- mərkəzi sinir sisteminin (MSS) oyanıqlıqları olan həyati orqanlarda enerji proseslərinin pozulması.