Tərkibi: Hər 1 kapsulun tərkibini təşkil edir:
- Dərman pişikotu kökünün quru ekstraktı (Valeriana officinalis root dry extract) - 120 mq
- Dərman limonotu (bədrənc) yarpağının quru ekstraktı (Melissa officinalis leaf dry extract) - 60 mq
- İstiotlu nanə yarpağının quru ekstraktı (Mentha piperita leaf dry exract) - 60 mq
- Adi damotu otunun quru ekstraktı (Leonurus cardiaca herb dry extract) - 30 mq
Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine).
Forması: Kapsul
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası: • Böyüklər: gündə 1 dəfə, 1 kapsul.
İstifadə qaydası: Yatmazdan əvvəl qəbulu tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
Dərman pişik otu kökünün quru ekstraktı - ən geniş yayılmış sakitləşdiricidir. Yüngül sedativ təsiri var, yuxu problemlərində, emosional və fiziki gərginlikdə, həyəcan və qorxu hissi zamanı, ürək qan - damar sisteminin funksional dəyişikliyi zamanı effektiv təsir göstərir. 300-600 mg/day. 4 həftə (max. 6 həftə) muddetinde istifade oluna bilər.
Dərman limonotu yarpağının quru ekstraktı - sakitləşdirir, sinir gərginliyini aradan qaldırır, narahatlığı aradan qaldırır, zehni konsentrasiyanı artırır, yuxunu normallaşdırır, ödem əleyhinə, iltihab əleyhinə təsir göstərir.
İstiotlu nanə yarpağının quru ekstraktı - Gərginlik baş ağrılarını və migreni aradan qaldırmağa kömək edir,Yuxunu yaxşılaşdırır,depressiya ilə əlaqəli narahatlığı müalicə etmək üçün istifadə olunur.
Adi damotu otunun quru ekstraktı - narahatlıq, gərginlik və stress ilə əlaqəli ürəklə əlaqəli problemlər zamani effektiv təsir göstərir.
Üstünlükləri:
- Tam təbii tərkibli sedativ preparatdır.
- Sinir sistemini sakitləşdirir və spazmolotik təsir göstərir.
- Vinarolun tərkibində olan Dərman Pişikotu kökünün quru ekstartı hesabına sinir mənşəli halsızlıqlarda, ürək-damar nevrozunda, ürək döyünmədə, ekstrasistolada, meteorizm və qəbizliklərdə tətbiq edilir.
- Beyin qan damarları spazmlarının, hipertoniyanın, miqrenin, mədə-bağırsaq traktının spazmlarının yaxşılaşdırılmasında istifadə olunur.
- Vinarol preparatı depressiyanın, anksiyetenin, stressin aradan qaldırılmasında mühüm rol oynayır və spazmolitik, hipotonik, ödem əleyhinə, iltihab əleyhinə təsir göstərir.
- İstiotlu nanə yarpağının quru ekstraktı hesabına Vinarol preparatı,beyin funksiyalarının daha yaxşı işləməsində, stressin azaldılmasında digər preparatlarla müqayisədə daha tez nəticə əldə etməyə kömək edir.
- Tərkibində Adi Damotu bitkisinin olması hesabına Vinarol nevroz, hipertoniya, ürəyin işemik xəstəliyi, tireotoksikoz, yuxusuzluq və vegetativ damar distoniyasında işlədilir. Bundan başqa mədə-bağırsaq nevrozunda, meteorizmdə spastik kolitlərdə də təyin edilir.
İstifadəsinə tövsiyə olunan hallar:
- Emosional və psixi gərginliyin artması fonunda şikayətlər;
- ürək və qan damar sistemində problemlər;
- mərkəzi sinir sisteminin (MSS) oyanıqlıqları olan həyati orqanlarda enerji proseslərinin pozulması.