Tərkibi: 2 kapsulun tərkibini təşkil edir:
- QAYT (GABA) – 150 mq
- Asiya sentellası otunun quru ekstraktı (Centella asiatica herb dry extract) – 100 mq
- Ginkqo biloba yarpağının quru ekstraktı (Ginkgo biloba leaf dry extract) – 80 mq
- L-qlütamin (L-glutamine) – 130 mq
- L-karnitin (as Acetyl-L-carnitine) – 120 mq
- L-triptofan (L-tryptophan) – 100 mq
- Fosfatidilserin (Phosphatidylserine) – 100 mq
- Fosfatidilxolin (Phosphatidylcholine) – 100 mq
Köməkçi maddələr: mikrokristallik sellüloza (microcrystalline cellulose), maqnezium stearat (magnesium stearate), silikon dioksid (silicon dioxide).
Forması: Kapsul
Miqdarı: №30 şüşə flakon
İstifadə dozası: Böyüklər: gündə 2 dəfə, 1 kapsul.
İstifadə qaydası: Yatmazdan əvvəl qəbul etmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ.
Fizioloji təsirləri:
QAYT — biogen maddədir, mərkəzi sinir sisteminin əsas tomozlayıcı mediatorlarından biridir. Antioksidant təsir göstərir, proteinlərin əmələ gəlməsində rolu var. QAYT-ın təsiri nəticəsində stress idarə edilir. Çatışmazlığında depresiya, şəkər istəyi, yuxusuzluq, baş ağrısı, əhvalın dəyişməsi, diqqət və konsentrasiya pozğunluğu baş verir.
Asiya sentellasının quru ekstraktı — beyin fəaliyyətinin gücləndirilməsi, yaşlanma prosesini yavaşlatmaq üçün, sakitləşdirici və antioksidant, beyin qan dövranını yaxşılaşdıran bir vasitə kimi tövsiyə olunur.
Ginkqo biloba yarpağınınquru ekstraktı — iltihabı azaldır, qan dövranını sürətləndirir, yaddaşı gücləndirir, baş ağrısı və miqrendə effekt göstərir.
L-qlütamin — əzələ toxumasında ən çox olan amin turşusudur. Əsas funksiyası immun sistemini aktivləşdirməkdir. L-qlutamin məşq zamanı və sonrasında yorğunluğu və əzələ ağrısını azaldır. Azot mübadiləsini təmin edir.
L-triptofan — beyində serotanin sintezini sürətləndirir, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır. Qadınlarda menstruasiya əvvəli yaranan narahatlığı azaltmağa kömək edir. Depressiya riskini azaldır, iştahı tənzimləyir.
Fosfatidilserin — bədəndə istehsal olunan və bədənin bütün hüceyrələrini qoruyan və əhatə edən yağlı bir maddədir. Beyindəki sinir hüceyrələrinin düzgün işləməsi çox vacibdir. Beyindəki mühüm funksiyası yaddaşa təsir etməklə yanaşı, öyrənmə və koordinasiya kimi həyati funksiyaların yerinə yetirilməsində də böyük rol oynayır.
Fosfatidilxolin — bütün hüceyrə membranlarında, o cümlədən beyin hüceyrə membranlarında üstünlük təşkil edən fosfolipiddir. Lesitindən əldə edilir.
L-karnitin — antioksidant təsir göstərir, metobalizmi sürətləndirir, beynin funksiyalarını gücləndirir, stressə meyilliliyi azaldır. Bu amin turşusu qan təzyiqini tənzimləməyə kömək edir.
Üstünlükləri:
- Tərkibindəki Ginkqo Biloba yaddaşın gücləndirilməsində rol oynayır,depressiyanı aradan qaldırır,zehni performansı artırır. Baş ağrıları və miqreni aradan qaldırır.
- Tərkibindəki QAYT-ın miqdarı daha çoxdur
- Tərkibi dəqiq seçilmiş və təbii tərkibli maddələrin qarşılıqlı əlaqəsindən yaranmış bir preparatdır.
İstifadəsi tövsiyə olunan hallar:
- Emosional və psixi gərginliyin artması fonunda şikayətlər;
- ürək və qan damar sistemində problemlər;
- mərkəzi sinir sisteminin (MSS) oyanıqlıqları olan həyati orqanlarda enerji proseslərinin pozulması.