Tərkibi: Hər 1 kapsulun tərkibini təşkil edir:
- Serratiopeptidaza (Serratiopeptidase) - 100 mq (80000 BV/q)
- Bromelain (Bromelain) - 150 mq
- Nattokinaza (Nattokinase) - 40 mq (8000 BV)
- İstiot nanəsi yarpağının quru ekstraktı (Mentha piperita leaf dry extract) - 100 mq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
Forması: Kapsul
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası:
• 14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1 dəfə, 1 kapsul.
İstifadə qaydası: Yemək zamanı və ya yeməkdən sonra istifadə etmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
Serratiopeptidaza — serrapeptaza və ya serralizin kimi tanınan proteolitik ferment vardır ki, Serratia növündən olan enterobakteriyalar tərəfindən maltodekstrinin fermentasiyası nəticəsində alınır. Serratiopeptidaza iltihab ocağında bradikinin, histamin və serotoninin miqdarını azaldaraq iltihab prosesini ləngidir; toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır; fibrinoz eksudatın parçalanmasına və reabsorbsiyasına səbəb olur; Plazmin inhibitorlarının fəallığını azaldır, bununla da plazminin fibrinolitik fəallığını artırır; iltihablı toxumalarda aminlərin azad olmasını aşağı salaraq ağrıkəsici təsir göstərir.
Bromelain — əsas həzm fermenti kimi təsir göstərir; zülalları parçalayır və sorulmasına kömək edir; digər fermentlərin işini aktivləşdirir; həzm prosesini yaxşılaşdırır; bağırsağın funksional aktivliyini artırır; mübadilə məhsullarını və toksiki maddələri orqanizmdən xaric edir. Bromelain həm də çəkini azaltmaq üçün vasitədir; zülal və karbohidrat mübadiləsi proseslərinin güclü katalizatorudur; yağların tez parçalanmasını təmin edir və onları orqanizmdən xaric edir; yağların və dərialtı piy depolarının yığılmasının qarşısını alır.
Nattokinaza — yapon soya əsaslı qida olan nattoda təbii fermentdir. Ferment, natto fermentasiya prosesi zamanı Bacillus subtilis adlı xüsusi bir bakteriya tərəfindən istehsal olunur. Nattokinazanın probiotik xüsusiyyətləri də maddələr mübadiləsini gücləndirə və bədən yağını azalda bilər, piylənmə və diabet kimi metabolik pozğunluqları tənzimləyir və potensial olaraq qarşısını alır. Nattokinaza bakteriyalarda olan güclü fibrinolitik fəaliyyətə malikdir; qan təzyiqini aşağı salmağa kömək edə bilər, infarktlara səbəb ola biləcək ürəyin gərginliyini azaldır.
İstiot nanəsi yarpağının quru ekstraktı — orqanizmə bakterisid, sakitləşdirici, spazmolitik, ağrıkəsici, antiseptik, rahatlaşdırıcı və xoleretik təsir göstərir. təsir göstərir. Köməkçi maddə kimi nanə sinir, həzm pozğunluqları və digər problemlərlə mübarizədə istifadə olunur.
Üstünlükləri:
- Serratiopeptidazanın miqdarı 100 mg dozadadır.
- Nudozit preparatının tərkibi Bromelainlə (150 mg) zəngindir
- Tərkibindəki İstiot nanəsi yarpağının quru ekstraktı (100 mg) hesabına: spazmolitik,ağrıkəsici,antiseptik və xolerik təsir göstərir.
İstifadəsinə tövsiyə olunan hallar:
- Həzm sistemi problemləri;
- Qastrit;
- Mədə xorası;
- Həzm pozğunluğu (dispepsiya);
- Qəbizlik və ishal;
- Xərçənglər;
- Pankreasın iltihabı (pankreatit);
- Hemoroid;
- Qaraciyər xəstəlikləri;
- Öd kisəsi xəstəlikləri;
- Reflüks xəstəliyi (Qastroezofagus)
-