Tərkibi:
2 kapsulun tərkibini təşkil edir:
- Qlükozamin sulfat (Glucosamine sulfate) - 400 mq
- Xondroitin sulfat (Chondroitin sulfate) - 300 mq
- Metilsulfonilmetan (MSM) / Methylsulfonylmethane (MSM) – 150 mq
- Bromelain (Bromelain) – 100 mq
- Manqan / Manganese (as Manganase citrate) – 4 mq
- Molibden / Molybdenum (as Sodium molibdate (IV))– 200 mkq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
Forması: Kapsul
Miqdarı: N30 (10x3) blisterdə
İstifadə dozası: Böyüklər: gündə 2 dəfə,1 kapsul.
İstifadə qaydası: Yemək zamanı və ya yeməkdən sonra, bol suyla qəbul etmək tövsiyə olunur
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçının ünvanı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ.
Fizioloji təsirləri:
Qlükozamin — sümük toxumasında kalsiumun normal mənimsənilməsində, oynaq ağrılarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Güclü təbii antiinflamatuar və qocalma əleyhinə xüsusiyyətlərə malikdir. Artrit üçün ən yaxşı təbii əlavələrdən biri olaraq, qlükozamin tez-tez yaşa bağlı sümük və oynaq ağrılarını müalicə etmək üçün istifadə olunur. O, həmçinin həzm və bağırsaq sağlamlığını, hərəkətliliyi, hərəkət diapazonunu və ümumi oynaq sağlamlığını yaxşılaşdırmaq üçün istifadə olunur. Qlükozamin sümük toxumasında kalsiumun normal mənimsənilməsinə kömək edir, kollagenin və oynaq qığırdaqlarının sintezi üçün zəruri olan proteoqlikanların və hialuron turşusunun biosintezinin iştirakçısıdır.
Xondroitin sulfat — birləşdirici toxumada, xüsusilə qığırdaqda bol olan yüksək molekulyar ağırlıqlı polisaxariddir. Xondroitin sulfat qığırdaqda tapılan təbii qlikozaminoqlikandır və oral tətbiq edildikdə osteoartritdən qoruyur. Hüceyrələrə (membranları sabitləşdirir) və qığırdaq komponentlərinə qoruyucu təsir göstərir. Proteoqlikan və hialuron turşusunun sintezini artırır. Oynaqların qorunması və bərpa edilməsində, oynaq qığırdaqlarının qorunmasında mühüm təsirə malikdir.
Metilsulfonilmetan — bitkilərdə, heyvanlarda və insanlarda təbii olaraq tapılan kükürd tərkibli birləşmədir. Metilsulfonilmetan iltihabı azaldır, xroniki ağrı, oynaqların ətrafındakı iltihab (bursit), vətər ətrafında şişlik (tenosinovit), sinir ağrısı (neyropatiya), dayaq-hərəkət sisteminin ağrısının yaxşılaşdırılmasında və s. hallarda təsir göstərir.
Bromelain — artrit zamanı iltihaba səbəb olan bəzi maddələrin səviyyəsinin azaldılmasında iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətə malikdir. Əzələ ağrılarında, idmandan sonra əzələlərdə yorğunluq və ağrılarda istifadə edilə bilər.
Manqan — dayaq hərəkət sisteminin patalogiyalarında, əzələ oynaq zədələnmələrində, qığırdaq və sümüklərin böyüməsində kömək edir.
Molibden — zərərli sulfitləri parçalamağa kömək edən və bədəndə toksinlərin əmələ gəlməsinin qarşısını alan fermentlərin aktivləşdirilməsində mühüm təsir göstərir. Dişlərdə kariesin inkişafına mane olur. Çatışmazlığı zamanı ölümcül aldehidlər, sulfidlər və nitridlər kimi zəhərli maddələr bədəndə toplana bilər.
Üstünlükləri:
-
Bromelain - artrit zamanı iltihabı aradan qaldırır.
-
Mangan - sümük və qığırdaq toxumasını bərpa edir.
-
Molibden - toksinlərin əmələ gəlməsinin qarşısını alır.
İstifadəsinə tövsiyə olunan hallar:
- Yumşaq toxuma zədələnmələri ilə artrit;
- artroz;
- travmatik ağrılar;
- oynaq əzələ ağrıları.