Tərkibi: Hər bir kapsulun tərkibini təşkil edir:
- Adi ərgüdə meyvəsinin quru ekstraktı (Vitex Agnus Cactus fruit dry extract) - 100 mq
- Yaşıl çay yarpağının quru ekstraktı (Camellia sinensis leaf dry extract) - 100 mq
- Vitamin E (as Tocopheryl acetate) – 120 mq
- İndol-3 karbinol (Indole-3 carbinol) - 60 mq
- Soya bitkisinin izoflavonoidləri (Soya isoflavones) - 30 mq
- Sink (Sink Oksid formasında) / Zinc (as Zinc Oxyde)- 20 mq
- Selen (Natrium Selenit formasında) / Selenium (as Sodium Selenite) – 75 mkq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
Forması: Kapsul
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası: Böyüklər: 1 kapsul, gündə 1 dəfə
İstifadə qaydası: Səhərlər, yeməkdən sonra qəbul etmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
- Adi ərgüdə - Premenstrual Sindrom (PMS) adət dövrünün müəyyən dövrlərində, estrogen, progestron balansının normallaşdırılmasında; klimakterik dövrün əlamətlərinin minumuma endirilməsində;
- Yaşıl çay yarpağının quru ekstraktı - hüceyrə qocalmasının qarşısının alınmasında, orqanizmdə şlakların və toksinlərin çıxarılmasında;
- Vitamin E - reproduktiv sistemin fəaliyyətinin yaxşılaşdırılmasında;
- İndol 3 Karbino - hüceyrə membranında estrogen reseptorlarının blokada edilməsində;
- Soya bitkisinin izoflovonoidləri - psixoemosional və damar patologiyalarının aradan qaldırılmasında;
- Sink - immunitetin gücləndirilməsində;
- Selen - reproduktiv funksiyaların yaxşılaşdırılmasında, DNT sintezinin qorunmasında mühüm təsirə malikdir.
Üstünlükləri:
- Tam təbii tərkibə malikdir.
- Qaraciyər və böyrəklərə əks təsir göstərmir.
- Bir kapsulun tərkibində olan əsas təsiredici maddələr kifayət edir ki,gündəlik 1 kapsulla effekt alasan.
- Tərkibində bitki komponentləri ilə yanaşı vitamin və mineral maddələr vardır ki, hansı ki,bu minerallar reproduktiv funksiyaların yaxşılaşmasında, immunitetin gücləndirilməsində və həmçinin DNT sintezinin qorunmasında mühüm təsirə malikdir.
- Vomanitin tərkibində olan - Soya bitkisinin izoflovonoidləri - quruluşuna görə estradiol ilə bənzər olduğuna görə orqanizmdə estrogenə həssas reseptorlarla birləşib estrogenin funksiyasını həyata keçirir. Bu da öz növbəsində daxili qadın cinsi orqanlarında bir sıra patalogiyanın qarşısını alır. Soya izoflovonoidləri klimakterik mənşəli psixoemosional və vegetativ damar pozulmalarının təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflovonoidlər hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərir, həmçinin antioksidant xassəsi sayəsində bir sıra xəstəliklərin qarşını alır.
İstifadəsinə tövsiyə olunan hallar:
- Qadın sağlamlığını qorunması;
- qadın orqanizmində baş verə biləcək erkən yaşlanmanın qarşısının alınması.